Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Microsoft”un İT infrastrukturun effektivliyinin artırılması üzrə seminarı keçirilib


Bu gün Bakıda “Microsoft-Azərbaycan” şirkəti İT mütəxəssisləri üçün İT infrastrukturun effektivliyinin artırılması üzrə seminar keçirib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində “Microsoft”un strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev şirkətin “Microsoft Windows 10”, “Office 2016”, “Server 2016” və s. kimi yeni məhsulları haqda bəhs edib.
 
Tədbir çərçivəsində “EuroDesign” şirkətinin, Dövlət Neft Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, dövlət “ASAN xidmət”inin, “Cənub qaz axını” layihəsinin rəhbərləri və İT departamentlərinin rəhbərləri fəaliyyətlərində uğurla istifadə etdikləri “Microsoft” məhsulları haqda ətraflı təqdimatlarla çıxış ediblər.
 
Sonda Qaçay Mirzəyev, iki il bundan öncə şübhə ilə yanaşılan “Microsoft”un bulud texnologiyalarının  korporativ müştərilərinin sayının 275-dən yuxarı olduğunu bildirib.
 
Aynur Vəliyeva
 




30/09/15    Çap et