Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana yüksəksəviyyəli “AZE” milli domeninin alınması 1 milyon dollara başa gələcək


Azərbaycanın yüksəksəviyyəli üç hərfli milli “.aze” domeninin qeydiyyatı qeyri-rentabelli layihə kimi dəyərləndirilir.
 
Azərbaycanın milli “.az” domeninin administratoru “Intrans” şirkətinin və Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yüksəksəviyyəli 3 hərfli milli “.aze” domeninin - ölkəyə verilməsi  böyük xərc tələb edir.
 
“Əlbəttə ki, yüksəksəviyyəli üçhərfli “.aze” domeninin ICANN tərəfindən Azərbaycanda hansısa quruma verilməsi mümkündür, lakin ən azı 1 milyon dollar xərc tələb edən bir layihənin nə dərəcədə rentabelli olacağı böyük sual altındadır”, - deyə o qeyd edib.
 
Aynur Vəliyeva
 




30/09/15    Çap et