Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” MMC telefonla bağlı müraciətlərin SMS vasitəsi ilə qəbuluna başlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC abunəçilərin işini asanlaşdırıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq abunəçilər telefonla bağlı problemlərini SMS vasitəsi ilə MMC-yə ünvanlaya bilərlər.
 
Telefonla bağlı problemin həlli üçün istənilən mobil operatordan 077 335 0000 nömrəsinə sms göndərmək mümkündür.
 
Mesaj [telefon nömrəsi], [problemin qısa təsviri], [adınız] formasında müəyyən olunub. Problemin qısa təsvirinin və adın yazılması məcburi deyil. Telefon nömrəsinin şəhər (rayon) kodu ilə birgə yazılması tələb olunur.
 
CAHANGİR




30/09/15    Çap et