Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət qurumları üzrə autentifikasiya və e-imza tranzaksiyalarının sayı 5,3 milyon olub
Bu günədək dövlət qurumları üzrə autentifikasiya və elektron imza tranzaksiyalarının sayı 5,3 milyon, hüquqi və fiziki şəxslər üzrə isə 1,7 milyondur.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunu"Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycandakı təşkilatlarda İT infrastrukturun optimallaşdırılması və səmərəliliyinin artırılması nümunələri" mövzusunda keçirilmiş seminarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) şöbə müdiri Arif Mailov deyib.
Şöbə müdiri qeyd edib ki, MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən hazırda e-imza ilə yanaşı, onlayn imza, mobil imza, eləcə də mobil İD təmin edilib.
CAHANGİR
01/10/15 Çap et