Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“MilliÖn” qəpik qəbuluna başlayır
"Komtech" şirkətinin "MilliÖN" ödəniş terminalları şəbəkəsində artıq qəpiklərin qəbuluna başlanılır.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, şirkətin quraşdırdığı yeni terminallarda həm əskinas, həm də qəpik qəbulu mümkün olacaq. Belə ki, terminallarda 10 qəpikdən yuxarı bütün qəpiklər qəbul ediləcək. Bununla yanaşı, terminallarda "BakıKART"ın alınması və yüklənməsi mümkün olacaq.
Bu ilin sonuna kimi şirkət ona məxsus olan "MilliÖn" terminallarında bank kartlarının qəbulu funksiyasını aktivləşdirəcək.
Şirkətdən PR menecri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu xidmət növü "MilliÖn" terminallarının hamısında mövcuddur, lakin bu günədək funksiyaya böyük tələbat olmadığına görə aktivləşdirilməyib.
"Biz artıq terminallarımızda kartlarını qəbul edəcəyimiz bankı seçmişik və bu funksiyanın aktivləşdirilməsi istiqamətində işlər aparırıq. Hazırda bizim terminal şəbəkəmizdə bankla birgə test işləri aparılır və ümid edirik, bu ilin sonuna kimi artıq istifadəçilər bu imkandan da yararlana biləcəklər", - deyə şirkətdən Ü. Əfəndiyeva bildirib.
Aynur Vəliyeva
01/10/15 Çap et