Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«LG» şirkəti «LTE» şəbəkəsində işləyən «ağıllı» saatını təqdim edib


«LG» şirkəti cari ilin yazında elan edilmiş yeni «Android Wear» «ağıllı» saatını təqdim edib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, yeni versiya daha böyük ekrana malikdir. Ekranın diaqonalı 1,38 düym, təsvir ölçüsü 480 piksel təşkil edir. Bundan başqa, cihaz 570 milliamper/saat tutumunda akkumulyator, «Snapdragon 400» prosessoru, 768 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz edilib. İstehsalçılar, həmçinin enerjinin saxlanması rejimini və mobil radio tətbiq ediblər.
 
 
Bu qurğu «LTE» şəbəkəsini dəstəkləyən ilk "ağıllı" qurğu olmasa da, amma bu funksiya sayəsində «Android Wear» istifadəçiləri telefona daim qoşulmalı olmayacaq.
 
 
Emil Hüseynov




01/10/15    Çap et