Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İcbari Sığorta Bürosu 9 ayda informasiya sistemində qeydiyyata alınan müqavilələrin sayını açıqlayıb
Bu ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 746 518 müqavilə qeydiyyata alınıb.
Bürodan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bunların 132 924-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 58,5 milyon manat olub.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 8 faiz, sığorta haqlarının məbləğində isə 13 faiz artım müşahidə edilib.
CAHANGİR
01/10/15 Çap et