Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda təlim keçirilib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Uşaqların internet təhlükəsizliyi” mövzusunda  təlim keçirib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbiri giriş sözü ilə açan AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda həyat keçirilən uşaq siyasəti barədə məlumat verib. İnternetin əsas istifadəçilərinin uşaq və yeniyetmələr olduğunu qeyd edən sədr müavini bu təsirə də elə onların daha çox məruz qaldığını deyib.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə ətraflı məlumat verərək uşaqların kompüterdəki internet fəaliyyətini və telefonda zənglərini necə izləməyin yollarından danışıb. O.Gündüz ölkəmizdə uşaqların internet təhlükəsizliyini daha güclü təmin etmək üçün komitənin nəzdində vahid qaynar xətt yaradılması təklifini irəli sürüb.
 
CAHANGİR




01/10/15    Çap et