Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə «4G» smartfonlarının qlobal satış həcmi 450 milyon təşkil edəcək


2015-ci il dünyada «4G» şəbəkələrinin sürətli inkişaf ili olub. Bununla əlaqədar «TrendForce» şirkətinin analitiklərinin proqnozuna görə, cari ildə dördüncü nəsil («LTE») şəbəkəsini dəstəkləyən smartfonların qlobal satış həcmi 52,5 faiz artaraq 450 milyon təşkil edəcək.
 
 
2016-cı ildə, həmçinin inkişaf davam edəcək: təxmin edilir ki, «4G» aparatlarının satış həcmi daha 51,1 faiz artaraq 680 milyon təşkil edəcək.
 
 
«TrendForce» tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünyada «4G» şəbəkəsini dəstəkləyən 900 milyondan çox aparat satılacaq ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz yüksəkdir.
 
 
«TrendForce»un analitiki Kelli Se bildirib ki, «4G LTE» standartı keyfiyyətli və yüksəksürətli əlaqəni təmin edir ki, bu da «bulud» xidmətlərindən istifadədə mühümdür.
 
 
Qlobal Mobil Rabitə tədarükçüləri assosiasiyasının məlumatına əsasən, 30 iyun 2015-ci ilədək dünyada 755 milyon «LTE» abunəçisi qeydə alınıb və ilin sonunadək bu göstərici 1 milyarda yaxınlaşacaq.
 
 
Emil Hüseynov




02/10/15    Çap et