Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Apple» «ağıllı» üzük hazırlayır


«Apple» şirkəti "ağıllı üzük"lə bağlı patent üçün müraciət edib.
 
Təxmin edilir ki, qurğu sensor panel və ya ekranla təchiz ediləcək.
 
Həmçinin «ağıllı» üzüyə səs komandaları üçün daxili mikrofon quraşdırıla bilər. Bundan başqa, təxmin edilir ki, cihaz sahibi tərəfindən yazılmış mətni əlin hərəkətinə görə tanıyacaq.
 
 
«The Verge» nəşri yazır ki, belə qurğu yenilik deyil, başqa istehsalçıların müvafiq cihazı bazarda satışa çıxarılıb. Belə qurğular üzərindən «Bluetooth» texnologiyasının köməyi ilə smartfonları idarə etmək olar.
 
 
 
Emil Hüseynov




02/10/15    Çap et