Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Skype»da səsli zənglərin sinxron tərcüməsi əlçatandır


«Skype» internet telefoniya xidməti real vaxt rejimində bir-biri ilə ünsiyyət saxlayan istifadəçilərin danışığını tərcümə etməyə imkan verən «Translator» işə salıb.
 
 
Hazırda xidmət altı dil (ingilis, fransız, alman, italyan, çin, ispan) üçün əlçatandır. Mətn mesajları 50-dən çox dilə yazılı tərcümə olunur.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, «Skype Translator» xidməti danışığın tanınması, avtomatik tərcümə və kompüter təlimi texnologiyalarından istifadə edir.
 
 
Sözügedən xidmət «Windows 7», «Windows 8» və «Windows 10» əməliyyat sisteminin istifadəçiləri üçün əlçatandır. Müvafiq yeniləmə bir neçə həftə ərzində əlçatan olacaq. «Translator» xidmətinin başqa platformalarda istifadəyə veriləcəyi tarix hələ ki məlum deyil.
 
 
Tərtibatçıların sözlərinə görə, «Skype»ın uzunmüddətli hədəfi danışıq və mesajların maksimum dildə və platformada sinxron tərcüməsini təmin etməkdir.
 
 
Emil Hüseynov




02/10/15    Çap et