Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Virtual İnkişaf və İdarəetmə Mərkəzi” layihəsinə start verilir


Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu İlahə Rəhimovanın təqdim etdiyi “Virtual İnkişaf və İdarəetmə Mərkəzi (VİİM)” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən bəyənilərək qəbul edilib.
 
 
AzTU-dan verilən məlumata görə, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə universitetlərdə təhsil alan tələbələrin inkişaf və idarəetmə potensialını daha da təkmilləşdirmək məqsədi daşıyır. Tələbələr bu layihəyə onlayn qaydada qoşularaq özlərini inkişaf etdirə biləcəklər. Layihə çərçivəsində tələbələrə virtual olaraq təlimlər keçiriləcək, həmçinin onların inkişafını təmin etmək üçün əlaqələr qurulacaq.
 
Layihənin həyata keçirilməsi üçün ilk növbədə “http://www.viim.az” saytı hazırlanıb. Sayt daxilində video roliklər nümayiş etdirilir, xarici dillərdə, o cümlədən rus, ingilis, alman, fransız dillərində müxtəlif materiallar yerləşdirilir. Sayta təlimlərdən ibarət video roliklər yüklənir, bu layihəni həyata keçirməklə tələbə gənclərin inkişafına və idarəetmə bacarığının təkmilləşdirilməsinə köməklik göstərilir.
 
Qeyd edək ki, bu günlərdə Azərbaycan Texniki Universitetində layihənin təqdimatı keçirilib.
 
CAHANGİR




02/10/15    Çap et