Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən populyar brauzeri müəyyən edilib
3 milyondan çox veb sayta daxilolmaları izləyən «StatCounter» xidmətinin məlumatına görə, populyar brauzerlərin reytinqində dəyişiklik qeydə alınıb.
«Internet Explorer» brauzeri reytinqdə bir pillə geriləyərək üçüncü pillədə qərarlaşıb. «Firefox» brauzeri isə əksinə ikinci pilləyə yüksəlib. Reytinqə «Chrome» brauzeri başçılıq edir.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, statistikaya əsasən, 2015-ci ilin sentyabrında masaüstü kompüter və planşetlər üçün dünya brauzer bazarında «Firefox»un payı 15,86 faiz təşkil edib. Bir ay bu göstərici 15,62 faiz idi. «Internet Explorer» brauzerində bu göstərici, əksinə, 15,99-dan 15,71 faizədək azalıb.
«Microsoft» şirkətinə məxsus brauzerin payının azalması tamamilə gözlənilən idi, çünki ABŞ şirkəti indi «Microsoft Edge» brauzerini ictimaiyyətə tanıdır. Sonuncunun bazar payı hələ ki cüzidir.
«StatCounter» analitik şirkətinin məlumatlarına əsasən, «Google» şirkətinin 53.08 faiz göstəriciyə malik «Chrome» brauzeri liderdir.
Avqustda bu brazuerin göstəricisi 52,82 faiz olub.
Emil Hüseynov
02/10/15 Çap et