Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi gələn ay yeni xidmət istifadəyə verəcək
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (KİMM) gələn ay "Virtual sınaq" (CTF) xidmətini istifadəyə verəcək.
Mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, hazırda layihə üzərində, o cümlədən virtual serverlərin və kadrların hazırlanması istiqamətində müvafiq işlər aparılır. Yaxın bir ay ərzində xidmətin istifadəyə veriləcəyi gözlənilir.
"Virtual sınaq" xidməti bütün dünyada məşhur olan CTF (Capture the flag) yarışması formatında çətinliklər blokundan ibarət tapşırıqlardan təşkil olunacaq.
KİMM-in mütəxəssislərinin sözlərinə əsasən, bu sahədə marağı olanlar əlverişli və hədiyyəli olacaq mərhələləri keçməklə həm öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər, həm də keçilən mərhələlərə uyğun yığdıqları xallarla (müəyyən baryeri aşa bilənlər) işləmək və ya praktika keçmək məqsədi ilə mərkəzə müraciət edə biləcəklər.
Aynur Vəliyeva
02/10/15 Çap et