Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya havadan enerji toplayır


Yaxın vaxtlara kimi havadan enerjinin əldə olunması ideyası inanılmaz səslənirdi. Amma bu gün gücü zəif elektrik cihazlarının enerji ilə doldurulması üçün müxtəlif tipli dalğalardan istifadə edilir. Belə ki, Böyük Britaniyanın keçmiş elm naziri biznesmen lord Pol Dreysonun nümayiş etdirdiyi «Freevolt» texnologiyası mövcud rəqəmli şəbəkələrin «azad» radio dalğalarını zəif cihazlara doğru yönəldir.
 
"Uzun illər müxtəlif şirkətlər yayım, mobil və «Wi-Fi» şəbəkələrindən enerji əldə etmək üsullarını axtarıblar – Dreyson bildirib. Amma bu, mürəkkəb işdir, çünki bu mənbələrdə enerji azdır. Biz «FreeVolt» texnologiyasını yaratdıq və ilk dəfə zəif yüksəktezlikli mənbələrdən enerjinin əldə olunması problemini həll etdik".
 
 
«ICTnews.az» saytı «vesti.ru» saytına istinadən yazır ki, «Drayson Technologies» şirkəti tərəfindən hazırlanmış qurğu eyni anda bir neçə radiotezlikdən enerji toplayan çoxzolaqlı antena və istənilən istiqamətli dəyişən cərəyanı sabitə çevirən düzləndiricidən ibarədir.
 
 
"Freevolt texnologiyası heç bir əlavə infrastrukturu tələb etmir və başqa qurğulardan enerjini toplamır – Dreyson izah verib. – Texnologiya hazırkı anda istifadə edilməyən enerjini toplayır».
 
 
Emil Hüseynov




02/10/15    Çap et