Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sankt-Peterburq Azərbaycanla sənaye və innovasiya sahəsində əməkdaşlıqda maraqlıdır
Bu gün Bakıda Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüşdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, logistika, tikinti və əczaçılıq sahəsində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb.
Sankt-Peterburq hökumətinin Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin rəhbəri Elgiz Kaçayevin "Sankt-Peterburq və Azərbaycan: kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq", İnvestisiyalar Komitəsinin sədri İrina Babyukun "Sankt-Peterburqun investisiya potensialı", Sənaye və innovasiyalar üzrə komitənin sədri Maksim Meyksin "Sankt-Peterburqun sənaye və innovasiya potensialı" mövzusunda məruzələri dinlənilib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Aynur Vəliyeva
02/10/15 Çap et