Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Antivirus proqramlarının tapa bilmədiyi aşağı səviyyəli rutkitlər üçün yeni platforma yaradılıb


Hal-hazırda San-Fransiskoda (Kaliforniya, ABŞ “İDF 2011 “yaradıcıları üçün keçirilən payız forumunda “İntel” korporasiyası kompyuter təhlükəsizlik təminatı üçün “DeepSAFE” adlı yeni platforması haqqında məlumat verib.

“DeepSAFE” texnologiyası keçən ilin avqust ayında “İntel” korporasiyası tərəfindən 7.68 milyard dollara alınıb.

“İntel” korporasiyasının mütəxəssisləri hesab edir ki, müasir antiviruslar çox vaxt aşağı səviyyəli rutkitləri müəyyən edə bilmirlər. “DeepSAFE” platforması məhz bu problemi həll edəcək.

“DeepSAFE” platforması müxtəlif tip təhlükələrdən effektiv müdafiə təminatı üçün “İntel” prosessorlarının imkanlarından istifadə edir. “DeepSAFE” potensialından istifadə edən ilk məhsulların ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir.




15/09/11    Çap et