Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya 2018-ci ilə sürücüsüz avtomillər təqdim edəcək


Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç Yaponiyanın Kioto şəhərində keçirilmiş elm və texnologiyalar üzrə forumda bəyan edib ki, Rusiya 2018-ci ilə öz sürücüsüz avtomobilini təqdim edəcək.


«ICTnews.az» saytı «ria.ru» saytına istinadən yazır ki, "biz öhdəmizə düşən hər şeyi edəcəyik ki, Rusiyada istehsal edilmiş belə maşınlardan 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatda istifadə etmək mümkün olsun. Bu, heç də asan iş deyil, amma mən düşünürəm ki, biz uğur əldə edəcəyik" - o bildirib.


Beləliklə, Rusiya sürücüsüz avtomobillərin hazırlanmasında Yaponiyanı 2 il geridə qoyacaq, belə ki Yaponiyanın baş naziri Sindzo Abe bu yaxınlarda deyib ki, Yaponiya 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına kimi sürücüsüz avtomobilləri əlçatan etmək istəyir.

Emil Hüseynov




05/10/15    Çap et