Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ildə Belarusda «5G» texnologiyası əlçatan olacaq
Belarusun rabitə və informasiya nazirinin birinci müavini Dmitri Şedko «Belta.by» nəşrinə müsahibəsində bildirib ki, ölkəmizdə «5G» texnologiyası təxminən 2020-ci ildə əlçatan ola bilər.
«ICTnews.az» saytı «belta.by» saytına istinadən yazır ki, "bizim üçün «5G» texnologiyası təxminən 2020-ci il üçün nəzərdə tutulmuş perspektivdir. Bu , texnologiyanın sınaqdan keçirilməsi və səmərəli tətbiqi üçün normal müddətdir" - Dmitri Şedko deyib.
Onun sözlərinə görə, bu hadisənin qiymətləndirilməsi metodu çox sadədir. "2016-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) səviyyəsində standart təsdiq olunmalıdır. Bir qayda olaraq, bundan sonra yaxşı şəbəkəyə malik bir sıra ölkələrdə sınaqdan keçirilir" - o izah edib.
Emil Hüseynov
05/10/15 Çap et