Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” televizor və fərdi kompüter istehsalı üzrə bölmələri bağlayır


Yaponiyanın texnoloji nəhəngi “Toshiba” şirkətinin rəhbərliyi televizor və fərdi kompüter istehsalı üzrə bölmələrin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Buna səbəb kimi ağır maliyyə vəziyyətinin olması, eləcə də yaranmış maliyyə qalmaqalı göstərilir.
 
Aparılmış araşdırmalardan məlum olub ki, top-menecerlər 2008-2014-cü illər üçün maliyyə hesabatlılığında səhvə yol vermələri nəticəsində şirkətin gəlirləri 1,9 milyard dollar azalıb. Bu isə öz növbəsində kapitallaşma dəyərinin 6 milyard dollar azalmasına gətirib çıxarıb.
 
Həmçinin qalmaqalda şirkətdə yüksək vəzifələr tutan 30 əməkdaşın əlinin olması məlum olub. Araşdırmalar başa çatdıqdan sonra icraçı direktor daxil olmaqla rəhbərlikdə kütləvi ixtisarlar aparılıb, eləcə də televizor və fərdi kompüter istehsalı üzrə bölmələrdə çalışan bütün əməkdaşların işdən azad olunması gözlənilir.
 
Öz növbəsində “Toshiba” şirkətinin baş icraçı direktoru Masasi Muromati vəziyyətin düzələcəyinə ümid edir, - "Hi-News” yazır.




05/10/15    Çap et