Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«IDC»: fərdi kompüterlər korporativ mühitdə əsas qurğudur
«IDC» şirkətinin mütəxəssisləri təxmin edirlər ki, masaüstü fərdi kompüterlər (FK) dünyanın bir çox ölkələrində korporativ mühitdə məhsuldar iş üçün əsas qurğu olaraq qalacaq.
«ICTnews.az» saytı «it-weekly.ru» saytına istinadən yazır ki, «IDC» şirkətinin tədqiqatına əsasən, mobil istiqamətə keçidə və korporativ mühitə noutbuk, ultrabuk, planşet və hibrid qurğuların aktiv tətbiqinə baxmayaraq, masaüstü FK biznes üçün əsas qurğu olaraq qalır. Fransa, Böyük Britaniya və Almaniyada kiçik, orta və böyük biznesin 600 direktoru arasında keçirilmiş tədqiqatda respondentlərin 84 faizi bildirib ki, onlar öz təşkilatları üçün masaüstü FK satın almağı planlaşdırırlar.
FK satın almağın əsas səbəbi məhz yüksək məhsuldarlıq, uzun müddət işləməsi və dəyərinin aşağı olmasıdır. Həmçinin qeyd edək ki, masaüstü FK-i təmir etmək yuxarıda adları çəkilən digər qurğularla müqayisədə daha rahatdır.
Emil Hüseynov
05/10/15 Çap et