“SimilarWeb”: “YouTube”da videoya ümumi baxış vaxtı “Facebook”dan 91 faiz çoxdur
“Facebook” sosial şəbəkəsinin rəqəmli video sahəsində son uğurlarına baxmayaraq onun göstəriciləri “YouTube” videohostinqinin nəticələrindən xeyli geri qalır. Bu barədə “SimilarWeb” şirkətinin yeni hesabatında deyilir.
Bildirilir ki, həm əlavələr daxilində, həm də veb-versiyada videonun ümumi baxış vaxtında "YouTube”un göstəriciləri sosial şəbəkənin göstəricilərindən 11 dəfə və ya 91 faiz çoxdur. Amerikalılar hər gün “YouTube”da videoya baxmaq üçün ümumilikdə 8061 il, “Facebook”da 713 il sərf edirlər.
Dünya miqyasında “YouTube”un rəqəmləri daha ürəkaçandır: dünyada hər gün “YouTube”da videoya baxmaq üçün təxminən 46 min il sərf edildiyi halda “Facebook”da bu göstərici 5625 il təşkil edir.
“YouTube” tamaşaçıları gündəlik servis daxilində video baxışına 20, 40 və 60 dəqiqə sərf edirlər. 13-17 yaşlı rəqəmli video tamaşaçıları videohostinqi “Facebook” ilə müqayisədə 18,5 dəfə çox seçirlər. 17-20 yaşı gənclər videohostinqə 16,5 dəfə çox üstünlük verirlər.
Bununla yanaşı, 55-64 yaşlı insanlar "YouTube”u yalnız 1,8 dəfə çox üstün tuturlar. Yaşlı istifadəçilərdə (65 yaşdan yuxarı) bu göstərici 1,4 dəfə təşkil edir, - “Searchengines
www.searchengines.ru” yazır.