Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Gömrük Komitəsi: "“Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər əsassızdır"
Bu gün bir sıra kütləvi informasiya vasitələrində "Apple" şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.
Dövlət Gömrük Komitəsindən rəsmi olaraq bildirilib ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur.
Komitədən qeyd edilib ki, ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir.
HƏQİQƏT
05/10/15 Çap et