Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Torpaqların Elektron Kadastr Uçotu Sistemi vətəndaşlara nə verəcək?
Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bir sıra nəticələr əldə olunacaq. Belə ki, respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotuna nail olunacaq. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşəcəkdir.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin sosial layihələri hesab olunan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Vətəndaşlara yerlərdə, birbaşa onların ünvanlarında qeydiyyat xidmətləri göstərilir.
Bunlarla yanaşı, ölkəmizdə müasir tələblərə uyğun Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilib.
Daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər, tətbiq olunan innovasiyalar və qeydiyyat prosesinin sadələşməsi ölkədə biznes mühitinin yaxşılaşmasına da töhfəsini verəcək. Sosial amillərin güclənməsini, mülkiyyət mənafelərinin və hüquqlarının qorunmasını yüksək səviyyədə təmin edəcəkdir.
SEYMUR
05/10/15 Çap et