Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nüfuzlu insanları bəlli olub


«Apple» şirkətinin direktoru Tim Kuk və «Tesla Motors» şirkətinin yaradıcısı İlon Mask «Bloomberg» agentliyinin dərc etdiyi dünyanın 50 ən nüfuzlu insanı siyahısına daxil edilib.

«ICTnews.az» saytı «bloomberg.com» saytına istinadən yazır ki, reytinq iddiaçıların son nailiyyətləri əsasında tərtib edilir. Siyaıya daxil edilmiş insanların 50 faizi ilk dəfə bu reytinqdə yer alıblar. Reytinqdə bir çox texnoloji direktor və iş adamları yer alıb.


Tim Kuk reytinqdə 3-cü pilləni tutub, belə ki şirkətə idarə etdiyi müddətdə onun bazar kapitallaşmasını iki dəfə artırıb. «Amazon» şirkətinin banisi Ceff Bezos 15-ci, «Tesla Motors» şirkətinin təsisçisi İlon Mask banisi 25-ci pilləni tutub.

Emil Hüseynov




06/10/15    Çap et