Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» peyklərin köməyi ilə Afrika ölkələrinin internetə çıxışını təmin edəcək


«Facebook» Fransanın «Eutelsat» şirkəti ilə birgə peyklərin köməyi ilə Afrika ölkələrinin internetə çıxışının təmini ilə məşğul olacaq.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, çoxillik danışıqlardan sonra şirkətlər razılığa gəlib. Layihənin reallaşdırılması 2016-cı ilin ikinci yarısına nəzərdə tutulub. "Peyk şəbəkəsi ucqar ərazilərdə, iqtisadi cəhətdən çətin vəziyyətdə yaşayan insanların internetə çıxışının təminində əla vasitədir " - «Eutelsat» şirkətinin nümayəndəsi bildirib.
 
 
Qeyd edək ki, «Facebook» uzun müddətdir bütün dünyanın internetlə təmin edilməsində maraqlıdır. 2013-cü ildə şirkət inkişaf etməkdə olan ölkələrin internetə çıxışının təmini üçün nəzərdə tutulmuş «Internet.org» layihəsini işə salıb. 2015-ci ilin martında sosial şəbəkə Afrika ölkələrində internetə çıxışın təmini üçün nəzərdə tutulmuş «Aquila» dronlarını sınaqdan keçirib.
 
 
Emil Hüseynov




06/10/15    Çap et