Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Diqqət: 1 milyarddan çox «Android» qurğusu təhdid altındadır
«Zimperium» şirkətinin mütəxəssisləri 1 milyarddan çox mobil qurğunu təhdid edən «Android» mobil əməliyyat sistemində yeni boşluq aşkar ediblər.
Cari ilin iyulunda «Zimperium» şirkətinin əməkdaşı kibercinayətkarlara «Android» mobil əməliyyat sistemi ilə işləyən qurğulara və yaddaşdakı bütün məlumatlara müdaxilə etməyə imkan verən «Stagefright» adlandırılmış boşluq aşkar etmişdi. Bunun üçün zərərli koda malik video birləşdirilmiş «MMS» göndərmək kifayət idi. O zaman operativ yeniləmələr nəticəsində problem aradan qaldırılmışdı.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ancaq bu yaxınlarda təhlükəsizlik üzrə ekspertlər həmin boşluğun yeni versiyasını aşkar ediblər. İndi kibercinayətkarlar istifadəçilər tərəfindən yüklənilən audio və ya video fayllara virusa yoluxmuş fayllar bərkitmək imkanına malikdirlər.
Qurğuya müdaxilədən sonra hakerlər istifadəçilərin danışığını yaza, onların yazışmalarını oxuya və kamera daxil olmaqla, cihazın daxili funksiyalarını işə sala bilərlər. «Google» artıq bu problemdən xəbərdardır və tezliklə bu boşluğu aradan qaldıracaq yeniləmənin buraxılması haqda bildirib.
Emil Hüseynov
06/10/15 Çap et