Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Apple» qurğularının 47 faizi «iOS 9» platforması ilə işləyir


«Localytics» analitik şirkətinin məlumatına görə, «Apple» şirkətinin yeni «iOS 9» platforması buraxılışından iki həftə sonra şirkətin istehsalı olan qurğuların 47 faizində quraşdırılıb.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ötən illə müqayisədə nəticələr yaxşılaşıb. Belə ki, ötən il «iOS 8» müvafiq müddətdə istifadəçi qurğularının 36 faizində quraşdırılmışdı. Ancaq bu göstəricilər «iOS 7» platformasının göstəricisindən (60 faiz) xeyli geri qalır.
 
 
"Ehtimal ki bu onunla bağlıdır ki, «iOS 7» platforması bir çox vizual dəyişiklik təklif etmişdi və bu dəyişiklik istifadəçilər üçün mühüm idi. iOS 7 sistemi geniş auditoriya üçün cəlbedici idi" - «Localytics» saytında yazılıb.
 
 
Bundan əvvəl yayılmış məlumata əsasən, boşluqların satın alması ilə məşğul olan «Zerodium» şirkəti öz saytında elan edib ki, «iOS 9» platformasına müdaxilə edəcək şəxsə və komandaya 1 milyon dollar ödəyəcək.
 
 
Emil Hüseynov




06/10/15    Çap et