Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt”un 2,5 min əməkdaşı elektron tədris vasitəsilə təlimdən keçdi
“Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşlarının hazırlıq və ixtisasartırma prosesi tam şəkildə elektron tədris vasitəsilə həyata keçirilir.
Hazırda poçt şöbələrində çalışanların biliklərinin artırılması üçün 19 elektron təhsil kursu işlənib hazırlanmışdır.
Tədris “Sinam” şirkətinin təqdim etdiyi “CLIX” tədris sistemilə həyata keçirilir. Sinam” şirkəti sözügedən tədris prosesinə həm də texniki dəstək göstərir.
Distant kurslar “Azərpoçt” şöbələrində əhaliyə əməliyyat xidmətlərini göstərmək üçün gərəkli tam biliklər paketini daxil edir. Əməliyyatçılar müxtəlif əməliyyatları yerinə yetirmək üçün müvafiq bilikləri əldə edir, müştərilərlə ünsiyyət qaydalarını, biznes-etikanı və s. öyrənir. Bundan əlavə, “Microsoft”-un ofis proqramlarının istifadəsi üçün nəzərdə tutulan bir neçə kurs da hazırlanmışdır.
Tətbiq edilmiş model çərçivəsində bütün əməkdaşlar tədris kurslarında distant, yəni iş yerini tərk etmədən və uyğun bir vaxtda keçə bilər. Biliklərin sınağı da onlayn rejimində “Azərpoçt”un baş ofisində nəzarətçilərin iştırakı ilə həyata keçirilir. Hazırda 2,5 mindən çox əməkdaş artıq elektron tədris kurslarından keçmişdir.
Yaxın zamanlarda “Azərpoçt”un regional şöbələrinin də əməkdaşları öz ixtisaslarını qeyd olunan elektron təhsil sisteminin yardımı ilə artıracaqlar.
06/10/15 Çap et