Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir qurumu MMC oldu


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) təşkilati- hüquqi forması dəyişdirilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, HMİ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.
 
Qeyd edək ki, Rabitə Nazirliyinin 09 sentyabr 1997-ci il 149 saylı əmri ilə yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.
 
CAHANGİR




06/10/15    Çap et