Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GoMap”da taksidə gediş haqqını hesablama modulu əlavə edilib
Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "Sinam" şirkətinin "GoMap" (gomap.az) elektron xəritəsinə yeni modul əlavə edilib.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yeni modul "Bakı Taksi" avtomobillərində gediş haqqının avtomatik hesablanmasına imkan verir.
Marşrutun müəyyən edilməsi və bir nöqtədən digər nöqtəyə taksi ilə gediş haqqının hesablanması xidməti xəritənin "Marşrutlar" bölməsində yerləşdirilib. Elektron xəritəyə həmçinin tarix və mədəniyyət abidələrinin fotoları və təsvirləri də daxil edilib.
"GoMap" elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında "bulud" texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Layihənin sifarişçisi Mədəniyyət və Turizm Nazirliyidir.
Aynur Vəliyeva
06/10/15 Çap et