Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət arxivlərində elektron xidmətlərin təşkili müzakirə olunub
Azərbaycan Milli Arxiv İdarəsi respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlər keçirir.
İdarədən verilən məlumata görə, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışlar edilir və müzakirələr aparılır.
Növbəti seminar Dövlət Arxivinin Quba filialında baş tutub. Seminarda Quba filialı və ona tabe olan Qusar, Xaçmaz, Siyəzən və Şabran rayon dövlət arxivlərinin müdirləri iştirak edib.
CAHANGİR
07/10/15 Çap et