Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” baza stansiyalarının sayını artırır


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti baza stansiyalarının sayını sürətlə artırır.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son bir aya yaxın müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda “Bakcell”in 2961  “2G”, 2018  “3G” və 373  “4G” stansiyası mövcuddur.
 
Baza stansiyalarının sayındakı artım öz növbəsində  yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.
 
Bu ilin ikinci rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, “Bakcell” yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksəksürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. “3G” şəbəkəsində 42 Mbit/s qədər sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.
 
“Bakcell” müştəri məmnuniyyətini daha da artırmaq məqsədi ilə növbəti 6 ay ərzində “4G” baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.
 
Aynur Vəliyeva
 




07/10/15    Çap et