Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron məktubların cavablandırılması niyə gecikir?


Cənubi Kaliforniya Universiteti nəzdində Viterbi Mühəndislik məktəbində işləyən alimlər qrupu elektron məktubların cavablandırılmasının gecikməsi məsələsini araşdırıblar.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən bildirir ki, yaş, cins və qurğu elektron məktubların cavablandırılması tezliyində əsas amil olub. Alimlər «Yahoo Mail» xidmətində 1,3 milyondan çox insanın elektron məktublarını təhlil edib. Məlum olub ki, elektron məktubun cavablandırılmasında ehtimal olunan vaxt onun qəbulundan iki dəqiqə sonra təşkil edir. Bu halda istifadəçilərin 50 faizi məktubu onun qəbulundan bir saat sonra, 90 faizi isə 12-48 saat ərzində cavablandırıblar.
 
 
Yeniyetmələr orta hesabla 13 dəqiqə ərzində, 20-35 yaş aralığında insanlar 16 dəqiqə ərzində, 35-50 yaşlı istifadəçilər 24 dəqiqə və yaşlı insanlar 47 dəqiqə ərzində elektron məktubu cavablandırıblar.
 
 
Məktub göndərən şəxsin cinsi də müəyyən rol oynayır. Kişilərlə müqayisədə qadınlar elektron məktubları orta hesabla 4 dəqiqə gec cavablandırır. Ancaq bu məsələdə məktubun göndərildiyi platforma çox böyük rol oynayır. Smartfon və ya planşetə gəlmiş məktub fərdi kompüterlə müqayisədə iki dəfə daha sürəli cavablandırılacaq.
 
 
Emil Hüseynov




07/10/15    Çap et