Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil operator gündəlik internet paketinin qiymətini artırır


Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti "CINeration"da gündəlik internet paketinin qiymətini artırır.
 
"ICTnews" xidmətinin məlumatına əsasən, oktyabrın 16-dan etibarən "CINeration" tarifində gündəlik internet paketinin qiyməti 5 qəpik bahalaşaraq 10 qəpik təşkil edəcək.
 
Xatırladaq ki, "Bakcell" şəbəkəsi 5000-dən artıq baza stansiyası sayəsində əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
 
"Bakcell"in "3G" xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
 
Aynur Vəliyeva




07/10/15    Çap et