Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada ovucun skan edilməsi yolu ilə ödəniş etmək olacaq
Yaponiyanın «JCB» ödəmə sistemi yeni ödəniş texnologiyasını sınaqdan keçirir. Əgər pilot layihə sınaqdan uğurla keçsə, o zaman ölkə sakinləri ödəmə kartlarını öz üzərində gəzdirməli olmayacaq.
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, alıcının ovcunun skan edilməsi yolu ilə bankomatlardan istifadə, həmçinin supermarketlərin kassalarında alış-veriş əlçatan olacaq.
«JCB» bir neçə ay əvvəl texnologiyanın ilk sınaqlarını keçirib. Şirkətin bir neçə yüz əməkdaşı «JCB»-nin mənzil-qərargahında yerləşmiş kafedə ovucun skan edilməsi yolu ilə ödəniş edib.
«JCB» müştərilərinin ovcunun skan edilməsi kredit kartının nömrəsi və başqa ödəmə rekvizitləri ilə birgə «Fujitsu» məlumatların işlənməsi provayderinin bazasında müştərinin profilində qeydə alınır.
Alıcı alış-verişini rəsmiləşdirərkən ovcunu skanerə yaxınlaşdırır. Kompüter təsviri serverə göndərdikdən sonra ödəmə kartının nömrəsi kompüterə geri qaytarılır.
Emil Hüseynov
07/10/15 Çap et