Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində “CIPS” beynəlxalq ödənişlər sistemi istifadəyə verilib


Oktyabrın 8-də Çində "CIPS" beynəlxalq ödənişlər sistemi rəsmən fəaliyyətə başlayıb. Çin Dövlət Şurasının məlumatına görə, sistemin istifadəyə verilmə mərasimi Şanxayda keçirilib.


"CIPS" sisteminin fəaliyyətə başlaması yuanda transsərhəd hesablaşmalarının səmərəliyini artırmağa və Çin valyutasından beynəlxalq miqyasda istifadəni stimullaşdırmağa imkan verəcək, real iqtisadiyyatın dəstəyinin yaxşılaşdırılmasına və Çin şirkətlərinin dünya bazarlarına çıxışı strategiyasına böyük təsir göstərəcək", - Çin Xalq Bankının sədr müavini Fan İfey bildirib.


"CIPS" beynəlxalq ödənişlər sistemi bazarın xarici iştirakçılarına Çin tərəfdaşları ilə hesablaşmaları birbaşa yuanda aparmağa imkan verəcək. Çin hökuməti sistemin köməyi ilə ölkə valyutasının beynəlxalq aləmdə nüfuzunu artırmağa ümid edir, - "TASS"  yazır.




08/10/15    Çap et