Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilin 10 ən mühüm texnologiyası bəlli olub


«Gartner» tədqiqat şirkətinin analitikləri 2016-cı il üçün 10 strateji texnologiya trendinin adını dərc ediblər. Tədqiqatçılar strateji texnologiya trendi dedikdə təşkilatlara böyük təsir göstərəcək tendensiyaları nəzərdə tuturlar.
 
 
Qurğular şəbəkəsi
 
 
Qurğular şəbəkəsi insanların proqram və informasiyaya giriş əldə etməsinə və ya bir-biri ilə qarşılıqlı əlaqə yaratmasına imkan verən çoxlu  qurğu-terminallardır. Smartfonlar, daşınan cihazlar, istehlak və məişət elektron qurğuları, nəqliyyat vasitələri və hər cür sensorlar belə qurğulara nümunə kimi göstərilə bilər.
 
Vahid qarşılıqlı fəaliyyət təcrübəsi
 
 
Qurğular şəbəkəsinin inkişafı vahid istifadəçi qarşılıqlı fəaliyyət təcrübəsinə riayət edilməsi zərurəti ilə nəticələnəcək. Analitiklərin proqnozuna görə, 2018-ci ilədək vahid qarşılıqlı fəaliyyət təcrübəsi yaratmaq qabiliyyəti müstəqil proqram təminatı tədarükçülərinin mühüm fərqləndirici amili olacaq.
 
 
 
“3D” çap üçün materiallar
 
 
“3D” çap texnologiyalarının inkişafı bu məqsəd üçün yarayan materialların sayının artımı ilə nəticələnib. İndi “3D” çap texnologiyasında nikel ərintiləri, karbon lifi, şüşə, elektrik keçirən mürəkkəb, əczaçılıq və bioloji materiallardan istifadə olunur. Materialların müxtəlifliyi artmağa davam edəcək və “3D” printerlər aerokosmik sənaye, tibb, avtomobil istehsalı, energetika və hərbi sənaye kompleksi kimi sahələrdə tətbiq ediləcək. Materialların müxtəlifliyinin artımı nəticəsində 2019-сu ildə müəssisələr üçün “3D” printerlərin tədarük həcminin orta illik artım sürəti 64,1 faiz təşkil edəcək.
 
 
 
Yeni məlumat mənbələri
 
 
İndi hesablama sistemləri mətn, audio və videoməlumatları emal edir. Yeni məlumat tiplərinin yaranması (məsələn, sensor informasiya) mənbələrin birləşməsi üzrə yeni metodlar axtarmağı tələb edəcək. İnformasiya blokları çox vaxt bir-birindən təcrid düşür, bütöv deyillər və əlçatmazdırlar. Semantik təhlil və qrafik məlumat bazalarının qurulması metodlarında yeni kəşflər informasiya kainatının nizamsızlığını tənzimləməyə kömək edəcək.
 
 
Təkmilləşdirilmiş kompüter təlimi
 
 
Dərin neyron kompüter şəbəkələri klassik hesablama sistemləri hüdudundan kənara çıxaraq ətraf dünyanı müstəqil və avtonom anlayan və qəbul edən sistemin yaradılmasında istifadə ediləcək. Məlumat mənbələrinin artımı və informasiyanın mürəkkəbləşməsi əllə təsnifat və təhlili lazımsız və qeyri-real edəcək. Neytron şəbəkələri sayəsində bu məsələləri avtomatlaşdırmaq mümkün olacaq.
 
 
Avtonom agentlər
 
 
Kompüter təlimi avtonom və ya yarı avtonom işləyən «ağıllı» qurğuların (robot, avtonom nəqliyyat vasitələri, virtual şəxsi agentlər və «ağıllı» məsləhətçilər) populyarlığının artımına səbəb olacaq. «Google Now», «Microsoft Cortana» və «Apple Siri» kimi funksiyaları belə kompüterlərin sələfləri hesab etmək olar.
 
 
Adaptiv təhlükəsizlik arxitekturaları
 
 
Rəqəmli biznesin qarışıqlığı təşkilatlarda informasiyanın mühafizəsi məsələsini xeyli dərəcədə çətinləşdirir. Təhlükəsizlik perimetrlərinin yaradılması və təhlükəsizlik siyasətindən istifadə artıq müasir tələblərə cavab vermir. Direktorlar təhdidləri aşkar etməyə və hücumların qarşısını almağa davam etməlidirlər, amma eyni zamanda onlar daha mürəkkəb metodlara müraciət etməlidirlər.
 
 
 
Təkmilləşdirilmiş sistem arxitekturası
 
 
Qurğular şəbəkəsi və «ağıllı» maşınlar xeyli hesablama resursları tələb edəcək, buna görə də proqramlaşdırılan ventil matrisləri (FPGA) və qrafik sürətləndiricilərə əsaslanan yüksək səmərəli neyromorf arxitekturaları geniş yayılacaq.
 
 
Şəbəkə proqramları və xidmətlər arxitekturası
 
 
Analitiklərin fikrincə, şirkətlər daha elastik proqram və xidmətlər arxitekturasından istifadəyə başlayacaq. Proqramla konfiqurasiya edilən xidmətlərə əsaslanan bu yeni yanaşma veb miqyasın məhsuldarlıq, elastiklik və sürətini təmin edəcək.
 
 
 
“Əşyalar interneti” üçün platformalar
 
 
Gözləntilərə görə, 2016-cı il “Əşyalar interneti” konsepsiyası üçün platformaların hazırlanması ili olacaq. Ancaq şirkətlərin qeyri-mütəşəkkilliyi səbəbindən belə platformaların standartlaşdırılması prosesi 2018-ci ilə kimi çəkəcək.
 
 
Emil Hüseynov




08/10/15    Çap et