Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hillari Klintonun elektron poçtuna hücum edilib
«Associated Press» xəbər agentliyi yazır ki, ABŞ-ın prezident postuna namizəd olan Hillari Klintonun şəxsi elektron poçtuna Çin, alman və Cənubi Koreya hakerləri tərəfindən 2013-cü ildə hücum edilib.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, agentliyin məlumatına görə, 2013-cü ilin iyunundan oktyabrına kimi Hillari Klintonun poçt serverində müdafiə proqram təminatı quraşdırılmayıb.
Hazırda bu hücumların nə dərəcədə ziyan vurduğu haqda dəqiq informasiya yoxdur.
Emil Hüseynov
08/10/15 Çap et