Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«IDC»: 2015-ci ildə dünya kompüter bazarının həcmi 8,7 faiz azalacaq


Dünya fərdi kompüter (FK) bazarında geriləmə «Lenovo» şirkətini narahat etmir. Bundan başqa, FK-nin tədarük həcminə görə lider olan Çin şirkəti bu seqmentdə öz mövqeyini möhkəmləndirməyi nəzərdə tutur. Bu haqda «Emirates 24/7» internet nəşrinə «Lenovo» şirkətinin Fars körfəzi ölkələrində yerləşən bölməsinin direktoru Məhəmməd Xilili deyib.
 
 
 
"FK bazarı son zamanlar zəifləyib və biz iştirakçılar arasında birləşmə müşahidə edirik. Bəzi şirkətlər bazarı tərk edir, digərlərində isə bazar payı azalır" - «Lenovo» şirkətinin top meneceri bildirib.
 
 
«IDC»-nin proqnozuna əsasən, 2015-ci ildə dünya kompüter bazarının həcmi 8,7 faiz azalacaq və 2017-ci ildən tez müsbət dinamika qeydə alınmayacaq.
 
 
Lakin bu proqnozlar «Lenovo» şirkətini narahat etmir.
 
 
«IDC» analitik şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə FK tədarükünün 18,8 faizi «Lenovo» şirkətinin payına düşüb. 17,5 faiz göstəriciyə malik «HP» şirkəti ikinci pilləni tutub. 12,8 faiz göstəriciyə sahib «Dell» şirkəti isə üçüncü pillədə qərarlaşıb.
 
 
Xililinin sözlərinə görə, 2015-ci ildə «Lenovo» şirkəti satışların həcmini 20 faiz artırmağı nəzərə alır.
 
 
Emil Hüseynov




08/10/15    Çap et