Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Sony» şirkəti mobil bölməsini bağlamağa hazırlaşır


Yaponiyanın «Sony» şirkətinin direktoru Kadzuo Xirai şirkətin 2016-cı ildə smartfonlar bazarını tərk etməsi ilə bağlı yayılmış şayiələri dolayısı ilə təsdiqləyib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, onun sözlərinə görə, mobil bölmənin öz nəticələrini yaxşılaşdırmaq üçün yalnız 1 il vaxtı var, əks təqdirdə şirkət alternativ variantlar axtaracaq. İndi «Xperia» smartfonlarının Yaponiyada bazar payı 17,5 faiz və Şimali Amerikada 1 faizdən az təşkil edir.
 
 
Baş direktorun rəhbərliyi altında aparılan yenidən strukturlaşdırma «Sony» şirkətinin göstəricilərini xeyli yaxşılaşdırıb.
 
 
Emil Hüseynov




09/10/15    Çap et