Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı yeniləndi
Əksər dövlət qurumlarının elektron xidmətlərinin cəmləşdiyi “Elektron hökumət” portalı yenilənib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal müasir və sadə dizayna malik interfeyslə istifadəçilərin ixtiyarına verilib.
İstifadəçilər əvvəlki ilə müqayisədə daha asan şəkildə elektron xidmətlərlə tanış olmaq və istifadə etmək imkanı əldə ediblər.
Portalda elektron xidmətlərin axtarışı istifadəçilər üçün sadələşdirilib.
Artıq “Elektron hökumət” portalında 157 çağrı mərkəzinə gün ərzində daxil olan zənglərin sayını da görmək mümkündür.
CAHANGİR
09/10/15 Çap et