Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün ümumdünya poçt günüdür


Məhz 9 oktyabr 1874-cü ildə İsveçrənin Bern şəhərində dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılması haqda razılığa gəlinib və vahid beynəlxalq poçt qaydaları müəyyən edilib.

9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində qəbul edilib.


Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.


Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ üzvlüyünə qəbul olunmuş və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında -Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.

"A­zər­poçt" MMC tə­rə­fin­dən 9 okt­yabr Ümum­dün­ya Poçt İtti­fa­qı­nın (ÜPİ) ya­ran­ma­sı­nın 141 il­li­yi mü­na­si­bə­ti­lə ge­niş təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib. Təd­bir­lər Pla­nı­na əsa­sən, əla­mət­dar gün mü­na­si­bə­ti­lə ta­be­li müəs­si­sə­lər­də top­lan­tı­la­r ke­çi­ri­lib.

Bundan başqa poçt şöbə­lə­rin­də və ic­ti­mai yer­lər­də "9 okt­yabr - Ümum­dün­ya Poçt gü­nü­dür" sözlə­ri ya­zıl­mış pla­kat­la­r asıl­ıb, ÜPİ-nin üz­vü olan ölkə­lə­rə və ÜPİ-nin qə­rar­ga­hı­na, veteran poçt işçilərinə bay­ram mü­na­si­bə­ti ilə təb­rik­lə­r göndə­rilib.

Eyni zamanda tex­ni­ki va­si­tə­lə­rin dai­mi iş­lə­mə­si­, poçt göndə­riş­lə­ri­nin və­tən­daş­la­ra vax­tın­da çat­dı­rıl­ma­sı­na nə­za­rə­t güc­lən­di­ril­ib.

Bun­dan baş­qa bay­ram mü­na­si­bə­ti­lə Kür­də­mir Poçt Fi­lia­lı­nın Qo­ca­lı və Meh­di­li Poçt şöbə­si bi­na­la­rı­nın açı­lı­şı, ­"A­zər­poçt" MMC-nin mo­bil av­to­mo­bil­lə­ri­nin Xaç­maz və Bi­lə­su­var ra­yon­la­rı­nın Xa­no­ba və Qo­şa­tə­pə sər­həd ke­çid mən­tə­qə­lə­rin­də ma­liy­yə-poçt xid­mət­lə­ri­nin göstə­ril­mə­si­ təş­kil edilib. Bu gün "A­zər­poçt" MMC-də bay­ram təd­bir­lə­ri­nin ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lub.

RƏVAN




09/10/15    Çap et