Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında 7 yeni elektron xidmət işə salınıb


“Elektron hökumət” portalına yeni xidmətlər inteqrasiya olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin 7 elektron xidməti portala əlavə edilib.
 
Bunlar “Hüquqi şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu”, “Hüquqi şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu”, “Rəhbər şəxslərin qəbuluna yazılmaq”, “Fiziki şəxslər tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu”, “Fiziki şəxslər tərəfindən mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün müraciət və sənədlərin qəbulu”, “E-müraciət – Ərizə, şikayət, təkliflər”, “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətləridir.
 
Artıq Mədəniyyət və Turizm Nazirliyinin portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 8 olub.
 
“Elektron hökumət” portalında ümulikdə istifadədə olan e-xidmətlərin sayı isə 419-a çatdırılıb.
 
CAHANGİR
 




09/10/15    Çap et