Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az”-dan internet olmadan da istifadə mümkündür
Bütün mobil operatorların və internet provayderlərin abunəçiləri "Hesab.az" onlayn xidmətlər portalından internet olmadan da yararlana biləcəklər.
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə istifadəçiləri "Goldenpay" şirkətinin təsisçisi Fərid İsmayılzadə sosial şəbəkə vasitəsi ilə məlumatlandırıb.
Onun sözlərinə görə, "Hesab.az"-a daxil olmaq üçün internet balansın olması vacib olmayacaq.
Artıq "Azercell" ve "Nar Mobile" abunəçiləri balansları sıfır olsa da portala daxil olub ödəniş edə bilərlər. Bu imkan tezliklə "Bakcell" abunəçiləri üçün də yaradılacaq.
Bununla yanaşı, istifadəçilər evdə qoşulduqları genişzolaqlı internet xidməti bağlı olduğu təqdirdə də Hesab.az"-a daxil ola biləcəklər.
Artıq "KATV1" istifadəçiləri bu şəkildə ödəniş etmək imkanı əldə ediblər.
Bu ayın sonuna bu məsələ bütün internet provayderlərin abunəçiləri üçün tam həllini tapacaq.
CAHANGİR
09/10/15 Çap et