Avropa İttifaqında ödənişlər sahəsində yeni qaydalar təsdiq edilib
Avropa Parlamenti ödəniş servisləri üzrə direktivə əlavələri rəsmən qəbul edilib. Avropa Komissiyası tərəfindən təklif edilən yeni qaydaların sahədə rəqabəti artıracağı və innovasiyaların tətbiqi və istehlakçı hüquqlarının qorunmasının yaxşılaşdırılması üçün şərait yaradacağı gözlənilir.
Avropa İttifaqında (Aİ) ödəniş xidmətləri sahəsində qaydaların yenilənməsi hesab ödənişləri üçün xərcləri azaltmağa imkan verməklə sahənin yeni oyunçularına ödənişlər həyata keçirmək üçün mobil və onlayn alətlərdən istifadəyə imkan verəcək.
2015-ci ilin mayında Avropa Parlamentinin deputatları tərəfindən qeyri-rəsmi razılaşdırılan yeni qaydalar xərclərin azaldılması ilə yanaşı, bütün internet ödənişi provayderləri üçün məlumatların mühafizəsi üzrə vahid qaydalar tətbiq etməklə tranzaksiyaların təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcək.
Səsvermə zamanı qanun layihəsinin lehinə 578, əleyhinə 29 nəfər səs verib, 52 deputat bitərəf qalıb.
Aİ-yə üzv ölkələr milli qanunvericiliyi yeni qaydalara uyğunlaşdırmaq məqsədilə lazımi düzəlişləri iki il ərzində həyata keçirə biləcəklər, -
“Payspacemagazine” yazır.