Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi proqram təminatını təkmilləşdirir
Azərbaycan Təhsil Nazirliyi ölkənin aparıcı İT şirkətlərindən biri olan “Ultra Computers” şirkəti ilə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində İT təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutur.
Ümumi dəyəri 28695,24 manat olan müqavilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin onlayn yoxlanılması adlı proqram təminatının təkmilləşdirilməsini nəzərdə tutur.
Aynur Vəliyeva
09/10/15 Çap et