Çində elektron ticarət üçün aviaşirkət yaradılıb
Çində elektron ticarət sahəsində yükdaşımalar ilə məşğul olacaq xüsusi "United Star Express” aviaşirkəti təsis edilib.
Tyantszin azad iqtisadi zonasında qeydiyyata alınan aviaşirkətin nizamnamə kapitalı 400 milyon yuan (18,8 milyon dollar) təşkil edir. İlk kommersiya reyslərinin 2016-cı ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda şirkətin parkında “Boeing 737”, “Boeing 757” və “Boeing 767” təyyarə modellərindən istifadə olunur.
Bildirilir ki, ilk vaxtlar “United Star Express” ölkə daxilində, eləcə də Çin və qonşu ölkələr arasında uçuşların yerinə yetirilməsini təmin edəcək. Şirkət bir müddət sonra isə Avropa və ABŞ bazarına çıxmağı planlaşdırır, -
"Payspacemagazine” yazır.