Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin hakimiyyəti hakerlər qrupunu həbs edib


Çin hakimiyyəti ABŞ hökumətinin xahişi ilə hakerlər qrupunu həbs edib. Bu barədə “The Washington Post” nəşri məlumat verib.
 
Məlumata görə, ABŞ xüsusi xidmət orqanları hakerlərin siyahısını hazırlayaraq onu Çinə veriblər.
 
“Biz hakerlərin ciddi olmasını bilməliydik. Buna görə də biz Çin tərəfinə siyahını verdik”, - məlumatda deyilir.  
 
Bildirilir ki, həbs olunan şəxslərə qarşı kommersiya casusluğu ittihamı irəli sürülüb.
 
Bir müddət əvvəl Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ ilə investisiya və kibercinayətkarlıqla mübarizə məsələlərində əməkdaşlıq planlarını açıqlayıb, - “Qazeta” yazır.




10/10/15    Çap et