Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən ay 48 minə yaxın mobil cihazın IMEI kodu “Elektron hökumət” portalı üzərindən yoxlanılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadədə aktivlik müşahidə olunub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Elektron hökumət” portalı istifadəçiləri sentyabrda “Mobil cihazların IMEI kodunun yoxlanılması” e-xidmətindən 47991 dəfə faydalanıb.
Adıçəkilən xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə edilə bilir. Bunun üçün portalda həmin e-xidməti seçib, telefonun IMEI kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək kifayət edir.
CAHANGİR
12/10/15 Çap et